UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
*** 12:50
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
“Qarabağ” III təsnifat mərhələsində aşağıdakı cütlüklərin qaliblərindən biri ilə üz-üzə gələ bilər:
“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
“Hamrun” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 5-6-da, cavab görüşləri isə bir həftə sonra oynanılacaq. Ağdam klubu II təsnifat mərhələsində "Şelburn"la ilk matçını iyulun 23-də səfərdə, cavab qarşılaşmasını iyulun 30-da evdə keçirəcək.