"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi çərçivə xarakteri daşıyır, Xəzəryanı ölkələr arasında əməkdaşlıq prinsipini, eləcə də onların hüquqlarını müəyyənləşdirir. Bu Konvensiya bütün ölkələrə bərabər münasibəti, eləcə də ölkələr arasında əməkdaşlıq prinsiplərini göstərir".
Unikal.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.
"Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir".
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və bu ölkələrin xalqlarının rifahı üçün xidmət edəcək