Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, "AzəriLayt markalı neftin bir barrelinin qiyməti 0,67 dollar ucuzlaşaraq 63,92 dollar olub.
Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,17 dollar bahalaşaraq 61,39 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar artaraq 56,08 dollar təşkil edib.