Prezident İlham Əliyev yeni Təhsil naziri ilə bağlı sərəncam verib.
Unikal.org Movqe.az-a istinadən xəbər verir ki, sərəncama əsasən Yusif Məmmədəliyev yeni təhsil naziri olub.
Y. Məmmədəliyev bir müddət əvvəl Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunmuşdu.
O, Azərbaycanın məşhur akademiki mərhum Yusif Məmmədəliyevin nəvəsidir.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri postundan azad edilərək Vergilər Nazirliyinə təyinat almışdı.
***
Yusif Məmmədəliyev 1979-cü ildə Bakıda doğulub.
1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.
2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.
2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.
2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.
2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.
2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilib.