Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd olacaq.
Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a o, özü bildirib. Partiya sədri deyib ki, artıq məsələ ilə bağlı sənədlərini toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Qafqazinfo-ya daxil olan məlumata görə isə, həmin dairədən digər keçmiş millət vəkili, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov da namizəd olacaq. E. Məmmədov isə açıqlamasında belə bir fikrinin olmadığını, kim namizəd olacaqsa ona uğur arzuladığını bildirib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.
Onu da bildirək ki, İ.Ağazadə ötən il keçirilən parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdu. Həmin dairədən ASDP sədri Araz Əlizadə deputat seçilmişdi.