Dekabrın 8-də saat 2:00 radələrində Gəncə şəhərində şəhər sakini Vicay Cəmşidzadə qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-dən Unikal.org-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı könüllü olaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.