"Şikar iyi gələndə çaqqallar oyanırlar və həmin qoxu olan tərəfə qaçırlar. Çaqqallar tələsirlər, qoxu mənbəyinə tez çatmağa çalışırlar və sonra da şikarı görəndə sakitləşirlər. Növbəti qorxuya, hücuma və xəyanətə qədər"
("Les Silences du colonel Bramble", Andre Morua)
"Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" zamanı Ermənistan mediasını, ermənilərin sosial şəbəkələrdəki aktivliklərini izlədim. Daşnaklaşmış məxluqların əsl sifətlərini, "vətəndaş cəmiyyəti fəal"larının, "jurnalist"lərin, "sülhməramlılar"ın, "insan hüquqları müdafiəçi"lərinin, "müxalifətçi"lərin, "demokrat"ların əsl simalarını gördüm. Onlar Kürə qədər irəliləməyə, Mingəçevir su anbarını partlatmağa, Bakını suda batırmağa, Azərbaycanın mümkün qədər çox şəhər və kəndlərini viran qoyaraq mümkün qədər çox türk qırmağa çağırırdılar. İndisə, ABŞ və Avropa Birliyi ölkələrinin Ermənistandakı səfirliklərindən qrantların dilənməsi ilə bağlı növbəti mövsüm yaxınlaşanda hamı xorla oxumağa başladı ki, "xalqlarımız arasında problem yoxdur, layihələrdə əməkdaşlıq etmək, qrant verilən nə iş varsa, görmək lazımdır və ümumiyyətlə, bütün işlərin günahkarı Rusiyadır!"
Məşhur erməni yazıçı, ictimai xadim və publisist Vahe Avetyan Facebook səhifəsində belə yazıb.
O daha sonra bildirib: "Dağlıq Qarabağda "dördgünlük müharibə" zamanı Facebook-da həşir salan, şivən qoparan Ermənistandakı qeyri-hökumət təşkilatlarının üzdəniraqları (heç bir halda homoseksuallarla səhv salmamalı) qan və qisas istəyirdilər. İndisə həmin adamlar azərbaycanlılarla dialoqun zərurətindən danışmağa başlayıblar. Bu işlərdə təsadüfi olmayan adam kimi sizə açıq deyirəm - qrant iyi gəlib. Ermənistandakı qeyri-hökumət təşkilatlarının üzdəniraqlarını, bu KQB şərəfsizlərinin hamısını yaxşı tanıdığım üçün deyirəm: bir-iki layihədən sonra onların azərbaycanlı, gürcü həmkarlarını və sairəni tanıyacağıq. Onları kollaborasionizmdə suçlamazdan əvvəl üzlərinə tüpürəcəyik. Siz neobolşeviklər və komsomolçularsınız, canınızı qurtara bilməzsiniz!"
Erməni yazıçını sinirləndirən məqam aydındır.
Dağlıq Qarabağda "dördgünlük müharibə" dövründə köpüklü vətənpərvərlik edən, müharibə çağırışlarını səngitməyən, fasiləsiz olaraq müharibə və döyüş arzuladıqlarını deyən QHT mənsubları Ermənistanda və Azərbaycanda qəflətən mövqelərini diametral dəyişməyə başlayıblar.
Proses Ermənistanda daha aşkar, daha qabarıq, daha iyrəncdir.
Bu yaxınlaradək Azərbaycana qarşı "son əsgərədək müharibə" tələb edən, hərbi əməliyyatların dayandırılmasının yolverilməzliyini vurğulayan, atəşkəsin "erməni xalqının başının aldadılmasına yönəlmiş tələ" olduğunu bəyan edən, üstəlik "Dağlıq Qarabağa yollanaraq türklərə qarşı vuruşmağa hazır" olduqlarını xüsusi şövqlə yazan erməni siyasətçilər, ictmai xadimlər, jurnalistlər və xüsusilə də qeyri-hökumət təşkilatlarının rəhbərləri indi "hərbi əməliyyatların dayandırılmasının labüdlüyü, Azərbaycanla xalq diplomatiyasının inkişaf etdirilməsinin vacibliyi"ndən bəhs edirlər.
Ermənilərin belə "mövqe dəyişkənliyi" Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan ordusunun məruz qaldığı ağır məğlubiyyətlərlə yanaşı, İrəvandakı "millət qəhrəmanları"nın ABŞ və Avropa Birliyi ölkələrindəki fondlarla qurumların qrantlar ayırmaları ilə bağlı növbəti mövsümün başlanmasıdır.
2017-ci il üçün qeyri-hökumət təşkilatlarının təqdim etdikləri layihələrin və fəaliyyət proqramlarının təsdiqlənməyə başlandığı bir dövrdə Ermənistandakı QHT "adamları" müharibə çağırışlarının, militar bəyanatların və "Dağlıq Qarabağda müqəddəs savaş" sentensiyalarının Qərbin xoşuna gəlməyəcəyini, bununla da qrantlardan məhrum olacaqlarını anladıqlarından qəflətən "sülhməramlı" olublar.
Bu isə müvəqqəti durumdur və qrantlar alınandan sonra həmin ermənilər yenidən səs-səsə verəcəklər.
Ermənilər sosial şəbəkələrdə belələrini "qrant çaqqalları" adlandırırlar.
İrəvanda yaşayan Qayane Hambarsumyan isə yazıb: "Çaqqallar oyanırlar, onlar iy alıblar. Biz ermənilər, doğrudan da, bədbəxt xalqıq, dərdlərimiz bundan sonra da tükənən deyil. Çünki biz belə əxlaqsız, mənəviyyatsızlara inanırıq, belə murdarlar adımızdan danışır, taleyimizi həll edirlər. Nə vaxtadək?!"
Elçin Alıoğlu
Milli.Az