İran Azərbaycan ərazisi vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə qoşulmaq məsələsini nəzərdən keçirməyə hazırdır.

Unikal.org bildirir ki, bunu Trend-ə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

Nazirin sözlərinə görə, hazırda İran çıxış nöqtələrinə Türkiyə vasitəsilə qoşulub və əgər Azərbaycan şirkətləri daha sərfəli tariflər təklif edərlərsə, IP-trafik mübadiləsi Azərbaycan ərazisindən həyata keçirilə bilər: "Bu yaxınlarda biz 300 Gbit/s buraxılış gücü olan və İranın cənubu ilə şimalını birləşdirən tranzit magistral işə salmışıq və biz tranzit həcmləri məsələsi ilə bağlı Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırıq.