Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla yenilənmiş dialoqa hazır deyil.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın "Kommersant" qəzetində münaqişənin nizamlanmasında Moskvanın başladığı vasitəçilik missiyasının uğursuzluqla nəticələnməsinə həsr edilmiş məqalədə bildirilir.
Məqalədə Putinin irəli sürdüyü təkliflərin məhz Sarkisyanın inadı üzündən qəbul edilməliyi vurğulanır: "Ermənistan prezidenti Serj Sarkisyan yeni dialoq üçün şəraitin olmadığını bildirib, halbuki Bakı və Moskva rəsmiləri yeni dialoqun olacağı barədə anons vermişdilər. Cənab Sarkisyan həm də  münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsini mümkün saymır və keçən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən İrəvana gətirilmiş təklifləri yeni hesab etmir. İndiki status-kvoya üstünlük verən Ermənistanın bu demarşı onun strateji müttəfiqi Rusiyanı çətin vəziyyətə salır, Moskvanın  təşəbbüs ilə başlamış danışıqlar prosesinin perspektivini dumanlı vəziyyətə salır. Rusiya prezidentinin mətbuat katibi Dmitri  Peskov vəziyyəti "çox kövrək" adlandırıb".
"Kommersant"ın məqaləsi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın  dünən İrəvanda parlament qarşısında səsləndirdiyi fikirlərə bir növ cavab olub. Nalbandyan danışıqlar prosesinin məhz Azərbaycanın günahı üzündən dayandığını iddia edib. Nalbandayan danışıqlar prosesinin dayanmasından narahat olan erməni deputatları sakitləşdirməyə çalışıb və Azərbaycanın danışıqlar prosesinə qaytmağa məcbur olduğunu iddia edib: "Onlar danışıqlar prosesinə qayıtmağa məcburdurlar. Elə bir münaqişə və ya müharibə yoxdur ki, yekun həlli tapmaq üçün danışıqlar masasına qayıdılmasın".

Amma "Kommersant" sübut edir ki, danışıqlar prosesini məhz Serj Sarkisyanın "Bloomberg" agentliyinə verdiyi müsahibə dayandırıb. "Kommersant" fikirlərini əsaslandırmaq üçün Bakıdan və Moskvadan əldə etdiyi məlumatlara əsaslanıb.

Qəzetdə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun keçən həftə Bakı və İrəvanın dialoqa hazır olması barədə səsləndirdiyi sözlər dərc edilib: "Təşəbbüs Vladimir Putindən gəlib. O, hər iki ölkənin prezidentinə müraciət edib və hazırda danışıqlar prosesi gedir. Yaxın zamanlarda insensiv danışıqlar prosesinin başlaması mümkündür". 

"Kommersant" Kremlin yüksək çinli məmuruna istinadən tərəfləri danışıqlara razılaşdırmaq üçün bütün səylərdən istifadə edildiyini bildirir: "Biz tərəfləri yaxın zamanda danışıqlar masasına oturtmaq üçün bütün lazımi diplomatik mexanizmləri işə saldıq".     

Lakin Serj Sarkisyan "Bloomberg" agentliyinə verdiyi müsahibədə Bakı və Moskvdan verilən bu məlumatları rədd edib. O, iddia edib ki, danışıqlar üçün təhlükəsizlik zəmanəti yoxdur: "Biz orda danışıqlara başlayacağıq, hərbçilər burda müharibə aparacaq? Siz harda belə şey görübsüz?"

Serj Sarkisyan bildirib ki, Ermənistanda ictimai rəy Moskvadan lazımi  dəstəyin olmaması ilə bağlı məyusluq yaşayır və bu məyusluq güclənə bilər. O, Sergey Lavrovun İrəvana ötən həftə baş tutmuş səfərini də məntiqsiz sayıb: "İndiki mərhələdə hansısa təklif və ya sənəd gətirə bilməzdi. O, təcrübəli diplomatdır və gözəl anlayır ki, dördgünlük müharibədən sonra danışıqlardan bəhs eləmək məntiqsizdir".
Məqalədə Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Markedonovun fikirləri də yer alıb: "Moskva ilə İrəvanın münasibətləri quyruğunun köpəyə təsir etməsinə bənzəyir. Fikirləşməyin ki, SSRİ zamanındakı kimi Moskva ipi çəkərək keçmiş sovet respublikasının liderini tam nəzarət edir".
Ekspertin fikrincə, Serj Sarkisyanın son bəyanatları Ermənistanda yaranmış vəziyyətlə bağlıdır. Aprel ayında Ermənistanın verdiyi itkilər əhalini radikallaşdırıb və ictimaiyyət güzəştə hazır deyil: "Siyasətçi belə şəraitdə danışıqlara razılaşaraq intihara getməz".

Yəni Serj Sarkisyanın Moskvanın təkliflərinə razılaşmamasının səbəbi var – "Qarabağ" klanının təmsilçisi hakimiyyətini itirməkdən qorxur. Buna görə də qoşunların təmas xəttində gərginliyi artıraraq mülki obyektlərə, vətəndaşlara məxsus fərdi evlərə zərər vurur, dinc sakinlərin ölümünə səbəb olur.

Təbii ki, Azərbaycan ordusunun əks zərbələri  nəticəsində Ermənistan ordusu hər gün bir neçə hərbi qulluqçu itirir. Serc Sarkisyan ictimai rəyi sakitləşdirmək üçün  ordusunun itkilərində də istifadə edir, yəni apreldə itirilmiş mövqeləri geri qaytarmaq üçün döyüşlər getdiyini göstərməyə çalışır.

Amma Sarkisyanı təcili danışıqlar masasına oturtmaq da mümükündür. Azərbaycan ordusu bunun üçün nisbətən daha çox əraziləri işğaldan qurtarmalıdır. Məsələn, ordumuz Sarkisyanın gecə hücumlarına əks zərbə ilə cavab verərək paralel şəkildə Sərsəng - Kəlbəcər və Cəbrayıl - Zəngilan zonalarını, həmçinin Ağdam şəhərini işğaladan azad edə bilər.

Yaranmış beynəlxalq vəziyyət artıq buna imkan verir və dünya KİV-ləri Qarabağdakı permanent müharibə şəraitindən danışmağa başalyıblar. Onda Serj Sarkisyanın danışıqlardan başqa xilas yolu olmayacaq. Əgər o, bunu etməzsə, Azərbaycan Xankəndi və Şuşanı da hərbi yolla işğaldan azad etməyə məcbur olacaq ki, münaqişənin bu cür həlli erməniləri Dağlıq Qarabağda muxtariyyət hüququndan da məhrum edə bilər.