CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,35 dollar/barel azdır. 

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 65,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 62,48 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 12-də 64,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.