Tovuz sakini dərmandan zəhərlənib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü S.B. dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, psixi xəstəlikdən əziyyət çəkən 16 yaşlı oğlan dərman içərək zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.