Şəmkirdə intihar olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Dəllə-Cəyir kəndində 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Nəsibova yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.