Bakıda əmlakı qəsdən məhv etmə cinayəti törədilib.

Unikal.org-un Lent.az-a istinadən verdiyi məlumata görə, 31 yaşlı Raziyə İsayeva 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, özünə məxsus olan "Seat İbiza markalı, 90 NT 832 dövlət qeydiyyat nişanlı minik avtomobilinin səthi Süleyman Vəzirov küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən cızılıb. Bundan başqa həmin şəxslər qadının avtomobilinin təkərlərini də deşərək qaçıblar.

Müraciət əsasında araşdırma aparılır.