Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.

Unikal.org xəbər verir ki, bunu trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, orfoepiya lüğətinin hazırlanması üçün ilk olaraq prinsiplər müəyyənləşdirilməlidir.

İ.Məmmədli əlavə edib ki, yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı əsas mübahisəli məsələlərdən biri bəzi sözlərin düzgün tələffüz formasının iki variantlı olmasıdır: "Bəzi sözlərin iki variantlı tələffüz olunması mübahisə doğurur. Yəni sözün sonunda gələn "k səsi " x-™ , yoxsa "y kimi deyilməlidir? Məsələn, "gözəllik sözü "gözəllix-™ kimi tələffüz edildikdə oradakı "x-™ səsi deyil, "y"-ya yaxın olandır. Bəzi şivələrdə həmin səs "y, bəzi şivələrdə isə "x-™ kimi səslənir. "Mələk", "külək", "ürək", "çörək" sözlərindəki sonuncu "k səsi Bakıda, eləcə də şimal zonasında "y kimi, amma Qarabağ zonasında "mələx-™", "ürəx-™", "çörəx-™" və s. kimi tələffüz edilir. Yeni lüğətin ləngimə səbəbi də elə bu iki variantlıqdır. Ona görə də bu məsələ mübahisəlidir. Bir qrup deyir ki, bu variant, başqa bir qrup deyir ki, digər variant düzgündür. Mütəxəssislər bunu razılaşdırmalıdırlar. Akademik Məmmədağa Şirəliyev "kömək", "ürək", "fələk" və s. kimi sözlərdə sonda "y olmasını irəli sürüb. Amma akademik Əbdüləzəl Dəmirçizadə isə "x-™ -yə üstünlük verirdi.

İ.Məmmədli qeyd edib ki, sonuncu "Orfoepiya sözlüyü 1983-cü ildə ümumxalq Azərbaycan dilinə əsaslanaraq hazırlanıb: "Həmin lüğətdə belə iki variantlı sözlərin hər iki tələffüz forması düzgün forma kimi göstərilib. İndi çap edilən məktəbli lüğətlərində də bu sözlər iki variantlı göstərilməli idi. Lakin hazırda məktəblərdə istifadə edilən belə lüğətlər kommersiya məqsədilə hazırlanıb və burada iki variantlılıq prinsipi gözlənilməyib.

Professor əlavə edib ki, düzgün tələffüz forması iki variantlı göstərilən sözlərdən hansı variantın seçilməsi zamanı Azərbaycan xalqının daha çox hansı varianta üstünlük verdiyi, ziyalıların nitqində necə işlənildiyi müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, yeni orfoepiya lüğəti hazırlanarkən bu fərqliliklər mütləq nəzərə alınacaq.