Dünən axşam Fransanın qərb sahillərinə çatan Eleanor qasırğası saatda 120 kilometr sürətlə ölkənin şərqinə doğru irəliləyir. Bəzən qasırğanın sürəti saatda 134 kilometrə çatıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin bir çox istiqamətlərində sürət qatarlarının hərəkəti, eləcə də hava limanlarında təyyarələrin uçuşları dayandırılıb. Eyfel qülləsi bağlanıb. Yerli mətbuat ölkənin 51 departamentində 200 min evin elektriksiz qaldığını bildirir.
Hazırda külək Böyük Britaniya, İsveçrə və ABŞ-da hiss edilir və bu ölkələrdə ciddi fəsadlara yol açıb.