Rusiyanın Çelyabinsk vilayətinin meşəlik ərazidə tapılan yarı it, yarı ayı görünüşlü heyvan, sığınacağa aparılıb.

Unikal.org xəbər verir ki, bədəni bir it kimi görünən və üzü ayıya bənzəyən qəhvəyi saçlı heyvanı halsız vəziyətdə görən yerli sakinlər dərhal meşə mühafizəçilərinə məlumat veriblər. 

Ayıya bənzəyən it heyvan xəstəxanasına aparılıb və ordan da sığınacağa yerləşdirilib. Heyvan hüquqları müdafiəçiləri əvvəllər belə bir canlıya rast gəlmədiklərini dilə gətiriblər. 

Heyvanda həm it, həm də ayı xüsusiyəti və görnüşü var.