Evi nə qədər təmiz saxlasanız da, pis qoxulardan xilas olmaq hər dəfə mümkün deyil. Qarşısını almaqsa mümkündür.
Unikal.org ailem.az-a istinadən evdəki xoşagəlməz iylərdən xilas olmaq üçün bir neçə praktik üsulla sizi tanış edir.
Zibil qoxusu
Zibil qutusunun içinə karbonat (soda) və ya qabartma tozu səpin. Tualetlər üçün hazırlanan qoxu aradan qaldıran həbləri qoymaq da pis qoxuların meydana gəlməsinə mane olar.
Tualet qoxusu
Davamlı təmizləməyinizə baxmayaraq, tualetinizdəki qoxulardan xilas ola bilmirsinizsə, unitazın içinə yarım stəkan karbonat, limon suyu və ya sirkə töküb bol suyla durulayın. Eyni zamanda, qəhvə dənələri tökün və sonra qaynar su ilə yuyun. Bir stəkan karbonatı və ya limon suyunu hamam otağının uyğun bir küncündə davamlı saxlayın. Bu üsul pis qoxunun yaranmasının qarşısını alacaq.
Boya qoxusu
Günlərlə evdən getməyən boya qoxusundan otağın ortasına bir qab parçalanmış boyat çörək qoyaraq xilas ola bilərsiniz. Ertəsi gecə də qaynamış isti süd qoyun.
Soyuducu qoxuları
Ağzı açıq bir qaba sirkə və ya karbonatlı su töküb soyuducuya qoyaraq içərisinin iy verməsinə mane ola bilərsiniz. Pendirin soyuducunu iylətməməsi üçün isə pendir qabına bir az kəklikotu qoyun.
Qarderob qoxuları
Limon və ya portağalı qərənfil suyuna batıraraq qarderobunuza asın. Meyvələr geyimlərinizə xoş qoxu yayacaq.
Yemək qoxuları
Yeməyin qaynadığı suya bir parça göbələk atsanız, yayılan pis qoxunun qarşısını ala bilərsiniz. Qızartma bişirərkən yağına bir sap cəfəri ataraq qoxunu azaltmaq olar. Balıq qoxusundan isə ağzı açıq qazanda sirkəli su qaynadaraq xilas olmaq mümkündür.
Mətbəx şkaflarının qoxuları
Rəflər və şkaflardan gələn qoxulardan xilas olmaq üçün içlərini spirtli suyla silin. Bir xırda qabın içinə un, xardal və ya qoxulu sabun qoyun.