Türkiyədə dəhşətli cinayət törədilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Üsküdarda baş verib.

Belə ki,  ər arvadını bir kişi ilə uyğunsuz vəziyyətdə tutub. Əsəblərini sakitləşdirə bilməyən ər arvadını və onun məşuqunu bıçaqlayıb. Daha sonra xəstəxanaya yerləşdirilən xarici vətəndaş ölüb, qadın isə müalicəsini davam etdirib. 

İddiaya görə, həyat yoldaşından şübhələnən kişi onu izləməyə başlayıb. Daha sonra bir evə girdiyini görən ər içəri girərək qadını və onun sevgilisini bıçaqlayaraq oradan uzaqlaşıb.