İranın cənub-şərqində 3,7 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Kirman şəhərindən 59 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.