Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, 1 yanvar 2018-ci il tarixədək fonda 88.008.970,18 AZN, 212.873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.