Aprel döyüşlərində Ağdərə rayonunun Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından ağıır qəlpə yarası alan tankçımız, "Rembo ləqəbli Razi Cavadov Ankaraya, Gülhanə Hospitalına müalicəyə göndərilib.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, müdafiə naziri Zakir Həsənovun göstərişi ilə Razi Cavadov müalicəsinin davam etdirilməsi və müvafiq prosedurların həyata keçirilməsi üçün Gülhanəyə göndərilib.