Paytaxt Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizat sarıdan heç bir problem yaşanmayıb.

Bu barədə Unikal.org-a "Azərişıq ASC-dən məlumat verilib.

Bildirilir ki, bu, ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin birbaşa nəticəsidir.