Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusuna yeni inşa olunan mənzillərin orderləri təqdim edilib.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 ildən artıq qüsursuz xidmət edən, hazırda həqiqi hərbi xidmətini davam etdirən on müharibə veteranına Gəncədə inşa olunan, hərtərəfli şəraitə malik mənzillər verilib. Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi, general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı adından təbrik edib.
Sonra mənzillərin orderləri hərbi qulluqçulara təqdim edilib.