Səhiyyə Nazirliyinin strukturu dəyişib.

Unikal.org apa-ya itinadən xəbər verir ki,  məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib.


Dəyişikliyə əsasən, publik hüquqi şəxslər Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alacaq. Publik hüquqi şəxs qismində Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.