Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşları 4 gün əvvəl Bakıda baş vermiş zorlama hadisəsi ilə bağlı Astara sakinini saxlayıblar.
Unikal.org xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbəsi sakini polisə müraciət edərək qızının naməlum şəxslər tərəfindən zorlandığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə cinayətkarların izinə düşüblər. Onlardan biri -” Zöhrab adlı Astara sakini artıq saxlanılıb.
Onun cinayət ortağı Asif adlı şəxsin tutulması üzrə tədbirlər davam etdirilir.