Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdim etdiyi təqdimata baxılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Hər iki şəxsin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri semilib.
Xatırladaq ki, taksi xidməti göstərən M.Hacıyev G.Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, E.Məmmədov isə oradan qaçıb. M.Hacıyev G.Atakişiyevanın barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, "Qoca" ləqəbli E.Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.