"Turanbankın Bakıdakı filiallarından birinə basqın edən şəxsin kimliyi məlum olub.

Unikal.org "Ölkə.Az"a istinadən xəbər verir ki, bu 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğludur.

Araşdırmalar zamanı məlum olub ki, N.Məmmədov əvvəllər bankların birində xəzinədar işləyib. Həmçinin ifadəsində ruhi-əsəb xəstəsi olduğunu deyib.

Banka baqsın edən şəxs hazırda Yasamal RPİ-nin 27-ci polis bölməsində dindirilir.

15:30

"Turanbankın Bakıdakı filiallarından birinə basqın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.