Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.

09:30

Şamaxı rayonunda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Acıdərə yaşayış massivində baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini Zaur Seyidağa oğlu Hacıyev qonşusu Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Hadisənin səbəbləri araşdırlır.

09:11

Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.

Unikal.org report-a istinadən xəbər verir ki, Sabir qəsəbə sakini Ramin Şirbala oğlu çobanlıqla məşğul olan qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.