Əməkdar artist, aktrisa Naibə Allahverdiyeva qızına qoyduğu qadağalardan danışıb.
Unikal.org bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa vaxtilə qızını nəzarət altında saxladığını deyib:
"Qızım yeniyetmə olan vaxtlarda ona qarşı çox sərt olurdum. Hətta onu dörd divar arasında saxlayırdım. Xalamqızını çağırırdım ki, onu məktəbə aparıb-gətirsin. Çünki istər qız, istərsə də oğlan uşağını gərək yeniyetmə vaxtlarında qoruyasan, onu nəzarət altında saxlayasan. Amma artıq böyüyüb, 21-22 yaşı var. Ona müdaxilə etməyi, işinə qarışmağı düzgün hesab etmirəm. O, Dillər Universitetinin tərcümə fakultəsini bitirib. Tərcüməçi olmaq niyyətindədir. Arzusu Türkiyəyə gedib, orda işləməkdir. Mən onun seçiminə qarışmıram. Artıq yetkin qızdır".
Əməkdar artist qızı ailə qurarkən də onun seçiminə qarışmayacağını deyib:
"Qızıma görə elçilər gəldi, amma onu razı sala bilmədim. Dedi ki, ana, mən kimə istəsəm, ona da ərə gedəcəm. İndiki gənclər fərqlidir. Əvvəllər valideyn qızını kimə verirdi, ona da ərə gedirdi. İndi dövr dəyişib, mən də qızımın seçiminə sərbəstlik verəcəm".