Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyeva tərəfindən döyülməsi xəbərləri ilə bağlı açıqlama verib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, rəqqasə belə bir hadisənin baş vermədiyini, menecerinin açıqlamasının yanlış yazıldığını bildirib:
"Telefonuma dünən zəng gəldi. Verilişə gecikdiyimdən dedim ki, işçim cavab verəcək. O da deyib ki, "Fatimə xanım bu haqda danışmaq istəmir. Söhbəti öz aralarında bağlayıblar". Jurnalist soruşub ki, döyülmə olub? O da cavab verib ki, "Belə bir şey baş verməyib. Fatimə xanımın boş işlərə baş qoşmağa vaxtı yoxdur. Sənəti ilə məşğuldur, başı layihələrə qarışıb". Yazırlar ki, döyülmə faktını təsdiqləmişəm. Mən aramızda söz-söhbət olması faktını təsdiqləmişəm, olmayan davanı təsdiqləməmişəm. Bunu düzgün başa düşün! Döyülmə olmayıb. Xına evi açılmağına görə də ortada dava yoxdur. Bu, axırıncı açıqlamamdır".
Fatimə bildirib ki, bütün bunları onu gözdən salmaq üçün edirlər:
"Guya mən paxıllıq eləmişəm. Mən heç kimə paxıllıq etmirəm, Allah hamının ruzisini özünə görə verir. Nə olub, necə olub bu barədə danışmaq istəmirəm, istəməyəcəm də! Məni kimsə döysəydi, iş polisdə olardı. Mənə heç kim xəsarət yetirməyib. Nə də mən heç kəsə əl qaldırmamışam. Biz hamıya örnək olmalıyıq. Belə söhbətlərlə yaddaşınızsa qalmağımız ayıbdır. İstəmirəm, tamaşaçılarımdan qazandığım hörməti bu söhbətə görə itirim. Məni hörmətdən salmaq istəyirlər, elin gözü tərəzidir. Boş söhbətləri bağlayaq. Buna ayıracaq vaxtım yoxdur".