Böyük Britaniyanın Sərhəd Xidmətinin əməkdaşları Farnboro hava limanında şəxsi təyyarənin göyərtəsində 500 kiloqrammadək kokain aşkar ediblər.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə "Mirror" nəşri yazıb.

Qeyd edilir ki, bu, indiyədək ölkədə müsadirə edilən ən böyük narkotik partiyasından biridir.

Dəyəri 50 mln funt sterlinq (təqribən, 70,6 mln dollar) olan narkotiklər Kolumbiyanın paytaxtı Boqotadan gətirilib.

Sərhədçilər təyyarədə olan sərnişinləri saxlayıb. Onların arasında Böyük Britaniya, İspaniya və İtaliya vətəndaşları da var. Hava gəmisinin ekipaj üzvləri dindirildikdən sonra sərbəst buraxılıb.