Türkiyə Afrindən sonra Münbiçə doğru hərəkət edəcəyini açıqlayıb və bu bölgədə olan ABŞ nümayəndələrinə əsgərlərini geri çəkməyəcəyini bildirib.

Unikal.org xəbər verir ki, Pentaqon sözçüsü mayor Adrian Qallovey jurnalistin ona ünvanladığı "Türkiyə və Amerika Münbiçdə qarşı-qarşıya gələ bilər mi?" sualına: "Bu problem yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə həll edilə bilər- deyə cavab verib.

Mayor sözlərinə belə davam edib:

"Türkiyəylə bütün problemlərin həll olunması üçün səy göstəririk. Bunu edərkən də Türkiyənin təhlükəsizliyini göz önünə alırıq. Bu problem yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə həll edilə bilər. Biz NATO müttəfiqlərimizin yanındayıq, Türkiyənin səlahiyyətli şəxsləri ilə sözügedən məsələnin həll müzakirələrini davam etdirəcəyik.

"Afrin əməliyyatını necə qiymətləndirirsiniz?" sualını isə Qallovey, "Şimal-qərb Suriyadakı vəziyyət səbəbiylə narahatıq. Bütün tərəflərə İŞİD-i məğlub etmək və günahsız vətəndaşların qorunması üçün birliyə çağırırıq.

Bundan əlavə PKK-nın müttəfiqimiz Türkiyəyə hər hansı bir hücumunu da qəbul etməyəcəyimizi bildirmək istərdim.

Məqsəd, qaçan İŞİD-çilərin Suriyadan kənara çıxmasına maneə olmaqdır.