Bu gün səhər saatlarında Əfqanıstanda 6,1 bal gücündə zəlzələ olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində yerli sakinlər tələsik evlərini tərk edərək çölə çıxıblar.

Paytaxt Kabildə iki güclü təkan olub, insanlar küçələrə çıxıblar.

Zəlzələnin episentri ölkənin şimalında - Bədaxşan əyalətində, Hindiquş dağlarında, Pakistanla sərhəddə qeydə alınıb.

Zəlzələ qonşu Pakistanda da baş verib. Nəticədə sərhəddə bir nəfər ölüb, daha 9 nəfər xəsarət alıb. Bela şəhərində bir fərdi evin dam örtüyü çöküb.