Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq.
Unikal.org xəbər verir ki, bu, "Ələt azad iqtisadi zonası haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə qaydasında işləyəcək.
Bundan başqa, layihədə qeyd olunub ki, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qayaları qəbul edəcək. Lisenziyalaşdırma və icazə qaydalarında Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi və Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər nəzərdə tutulub.