İlk bölümü ilə gündəm olan "Sen Anlat Karadeniz" serialında "Vedat"obrazını canlandıranaktyor Mehmet Ali Nuroğlu tamaşaçılar tərəfindən təhdid olunur.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində həyat yoldaşı "Nəfəs"i döyən, ona işgəncələr verən Mehmet bu hərəkətinə görə izləyiciləri qıcıqlandırıb.
Tamaşaçılarda rolu ilə nifrət yaradan Mehmeti sosial mediadan xəbərdarlıq ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri hətta bir daha "Nəfəs"ə əl qaldırarsa,aktyoru tapıb döyəcəklərini bildiriblər.
Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindənbiznesmenə (Vedat) satılan qız (Nəfəs)və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.