Meksikalı aktrisa Viktoriya Ruff ölkəmizdə 90-cı illərdə yayımlanan "Sadəcə Mariya" serialı sayəsində məşhurlaşıb.

Unikal.org xəbər verir ki, serialda rolunu çox təsirli ifa edən aktrisanı çoxları indiyədək unutmayıb. "Sadəcə Mariya" serialının çəkilməsindən artıq 26 il ötüb. Serialın əsas aktrisası Viktoriya Ruffo bu müddət ərzində çox dəyişib, ancaq indiyə qədər çox gözəldir, gümrah və cavan görünür, həm də aktyorluq karyerasını davam etdirir.

Meksikalı aktrisası və teleaparıcı Viktoriya Ruffo 1962-ci il mayın 31-də Mexikoda doğulub. O, karyerasına 80-cı illərin əvvəllərində "Bir həkimin problemləri" serialı ilə başlayıb. Karyerası ərzində 15-dən çox seriallarda çəkilib. Ən məşhurları "Sadəcə Mariya" (1989-1990), "Ögey Ana" (2005) və "Viktoriya" (2007-2008) olub.

Onlar arasından "Sadəcə Mariya" layihəsi ona ən çox populyarlıq gətirən serial olub. Televiziya layihəsi bir çox ölkələrdə, o cümlədən ölkəmizdə də maraqla izlənilib.

Hazırda televiziya ulduzu Ömər Fəyyad adlı politoloqla evlidir. Onun ilk nikahından isə oğlu Xose Eduardo, ikinci ərindən əkiz uşaqları: Anuar və Viktoriya dünyaya gəlib.

Viktoriya indi də seriallarda rol alır, eyni zamanda teatrda çalışır.(publika.az)