"Bir-iki mahını öyrənib səhnəyə soxulan cavanları həzm edə bilmirəm.
Unikal.org xəbər verir ki, bunu xalq artisti Canəli Əkbərov bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "Peşəkarlar və qeyri peşəkarlar mövzusunun müzakirəsi zamanı deyib.
Xalq artisti qeyd edib ki, 63 yaşında Azərbaycan Dövlət Filarmoniyasının solisti olub: "Bu yaşıma kimi çox çətinliklərdən keçmişəm. Nəhənglərlə bir səhnəni bölüşmüşəm. Xan əminin (Şuşiniski) yanında icazəsiz oturmurdum. Gərək o, "Canəli otur" deməli idi. Amma indiki cavanlar iki dənə mahını, meyxana öyrənib soxulurlar meydana. Bu da var axı! Bax bunu həzm edə bilmirəm.