İraqda PKK terrorçularının hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha 2 nəfəri isə yaralanıb.

Unikal.org  xəbər verir ki,  bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində 49 PKK terrorçusu məhv edilib.