Polis məmuru yeni doğulan övladını sevgilisinin anasının əli ilə öldürüb. Hadisə Bursa şəhərində baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızının qeyri-rəsmi münasibətindən dünyaya gələn körpəni boğaraq öldürdüyü iddia edilən Nuray Güvən yenidən məhkəmə qarşısına çıxıb. Belə ki, N.Güvənlə bərabər öldürülən körpənin anası Ferda D. və atası polis məmuru Murad Cingiliçin ağırlaşdırılmış ömürlük həbs cəzasına yenidən baxılıb.

2013-cü ildə baş verən cinayətin üstü sahə həkimləri tərəfindən açılıb. Özəl xəstəxanaların birində oğlan övladı dünyaya gətirən Fərda.D bir neçə gün sonra evə buraxılıb. Sahə həkimləri yeni doğulan körpənin peyvənd vaxtı gəldiyi üçün qadınla əlaqə saxlayıb, ondan uşağı xəstəxanaya gətirilməsini istəyiblər. Ancaq uşağın anasının qarışıq bəhanələri həkimləri şübhəyə salıb. Daha sonra sahə həkimləri məsələ ilə bağlı polislə əlaqə saxlayıb, məlumatlandırıblar. Polis həkimlərin məlumatından sonra 21 yaşlı Fərda D, anası 40 yaşlı Nuray Güvən və atası 45 aşlı S.Güvəni nəzarətə götürüb.

Bölmədə Nuray Güvən qızının dünyaya gətirdiyi uşağın atasının onunla da intim münasibətdə olduğunu deyib.

N.Güvən daha sonra qucağında uşaqla Murat Cingiliçlə görüşdüyünü deyib. Bu görüş zamanı M.Çingiliçin onu silahla təhdid edib, uşağı boğmağını tələb etdiyini iddia edib. Daha sonra öldürülən uşağın cəsədini evlərinin arxasındakı bağda basdırdıqlarını bildirib. Hadisənin üstü açılmasın deyə qızını qısa zamanda başqa bir kişi ilə evləndirdiyini söyəyib.

Qadının bu ifadəsindən sonra ondan başqa digər 3 nəfər sərbəst buraxılıb.

Murat Çingiliç də məhkəmədəki ifadəsində ittihamları rədd edib, körpənin atası olmadığını irəli sürüb.
Ancaq məhkəmənin qərarına yenidən baxılmasıyla digər şəxslər haqqında da hökm oxunub.

DNT testinin nəticəsinə görə uşağının atasının Murat Çingiliç, anasının da Fərda.D olduğu ortaya çıxıb.

Daha sonra məhkəmənin qərarı ilə Nuray Güvən, Fərda.D və Murat Çinlgiliçə ağırlaşdırılmış ömürlük , Fərda.D-nin atası S.Güvənə isə hadisəni bilib gizlətdiyi üçün 5 illik həbs cəzası verilib.