2017-ci ildə gömrük sahəsində 8 809 hüquq pozuntusu qeydə alınıb ki, bunun da 700-ü cinayət xarakterlidir.
Unikal.org xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, ötən il gömrük orqanları 2 740 kq-lıq narkotik maddə qaçaqmalçılığının qarşısını alıb. "Xeyli sayda şəxsə qarşı cinayət işi qaldırılıb. Onlardan 367-nin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. 2017-ci il ərzində həm də 1,6 mln. dolların və külli miqdarda qızıl-zinət əşyalarının qaçaqmalçılığının qarşısı alınıb".
A.Əliyev həmçinin deyib ki, 2017-ci ildə 334 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
"17 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib. Əgər 2015-ci gömrük əməkdaşları haqqında 2 500 şikayət daxil olmuşdusa, 2016-cı ildə bu rəqəm 1 800, 2017-ci ildə isə 680 olub".(report)