Əməkdar artist Vasif Məhərrəmli şou-biznesdə olan qalmaqallara münasibət bildirib.
Unikal.org-un məlumatına görə, "Sayqa ilə bu axşam verilişində qonaq olan müğənni bildirib ki, heç vaxt qalmaqal etmək istəməyib: "Qalmaqal haqda heç vaxt düşünmürəm. Məni hər zaman ona sövq edirlər. Amma son vaxtlar mənə qəribə təmkin gəlir. Hamı saytlardakı yazılardan, başlıqlardan danışır. Yazıları yazanda da insanların oxumasını nəzərə alırlar. Mən bu cür yazılara, başlıqlara normal baxıram. Baxmayaraq mənim də başıma bu cür hallar gəlir, fikir vermirəm. Amma ona görə məhkəmələrdə sürünməyə ehtiyac yoxdur.
V.Məhərrəmli övladları barədə də söhbət açıb: "Gedib on ev almaq investisiya sayılmır. Uşağın təhsilinə qoyulan pul əmlakdır. Onun bəhrəsini qocalanda görəcəksən. Bu gün hamıya tövsiyə edirəm ki, bütün investisiyanı uşaqlarınıza qoyun. Mən belə edirəm. Mənim övladım bütün günü hazırlıqlardadır. Qızım Əfşanın ailə quranda yaxına və ya uzağa getməsi əsas deyil. Önəmli olan onun xoşbəxt olmasıdır.