Yeni doğulan körpə ölümlə üz-üzə qalıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eyubsultan mahalında Kapitan Paşa Məscidinin tualetindən 7 gün əvvəl doğulan uşaq tapılıb.

Uşağın tapıldığı yerə təcili yardım çağrılıb, tibb işçiləri uşağı müayinə edəndən sonra xəstəxanaya aparıblar. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Uşağın qolundakı doğum kartında onun doğum tarixi və adının Tuğba Demirtaş olduğu qeyd olunub. Polis hadisə ilə bağlı araşdırma aparır. Uşağı atan ana və atası axtarılır.