Çexiyada 10 nəfər qrip epidemiyasından dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublikanın baş sanitar həkimi Yeva Qottvaldova deyib.

Onun sözlərinə görə, epidemiyanın qurbanı əsasən 60 yaşdan yuxarı xəstələr olub. Qottvaldova qeyd edib ki, epidemiya 6-8 həftə çəkə bilər.