Cənubi azərbaycanlılara etinasızlıq
11:05 14-08-2012
İQTİSADİYYAT
Cənubi azərbaycanlılara etinasızlıq
Azərbaycan İrandakı soydaşlarımıza dəstək oldu
Rəsmi Tehran hətta faciəli hallarda da deyəsən ayrıseçkilik etməkdən çəkinmir. Qeyd edək ki, İranın Cənubi Azərbaycan bölməsində, əsasən Təbrizdə zəlzələ nəticəsində ciddi təlafatlar olub. Buna görə də 2 gün əvvəl baş verən güclü zəlzələdə ölənlərlə bağlı matəm elan edib. Təbii fəlakət nəticəsində azı 300 nəfərdən çox insan həlak olub, 5 min nəfər isə yaralanıb.
Əyalət rəhbərliyi matəmin 2 gün – avqustun 13-də və 14-də davam edəcəyini bildirib. Maraqlıdır ki, matəm ancaq Cənubi Azərbaycanda elan edilib. Mərkəzi hökumət 300-dən çox vətəndaşının ölməsinə baxmayaraq, İranın digər ərazilərində matəm elan etməyə ehtiyac görməyib...
Maraqlıdır ki, bir müddət öncə İranda təyyarə qəzası olanda və tələfat bundan bir neçə dəfə az olanda belə ümumxalq matəmi elan olunmuşdu. İndi isə bunun şahidi olmadıq. Bunu da qeyd edək ki, ölənlərin sayının 300 yox, artıq 6 minə yaxın olduğu söylənilir. Bəs nədən İran hakimiyyəti belə addım atdı?
İrandan mühacir edən şəxslərin deməsinə görə əslində rəsmi Tehran hər zaman azərbaycanlılara qarşı belə ayrıseçkilik edir və bunun səbəbləri var. Bu səbəblərdən biri budur ki, indiki kimi ümumxalq matəmi elan etməməklə nümayiş etdirirlər ki, bu toplum bütövlükdə İran xalqı sayıla bilinməz və beləliklə də azərbaycanlıları bir addım kənarda saxlayırlar. Hətta belə fikirlərdə səsləndirilir ki, ümumxalq matəminin elan olunması İranda yaşayan digər milli azlıqların haqlarının tapdalanması kimi qəbul oluna bilər. Ekspertlər bildirir ki, bu gündə rəsmi Tehran, hər zaman olduğu kimi azərbaycanlıların toplum olaraq birləşməsinə müsbət təsir edəcək addımların atılmasına yol vermir və bunun qarşısını alır. Qeyd olunur ki, hətta bayramlarda da İran təlaş içində olur və maksimal hazırlıqlar həyata keçirir. Son iki ildə isə azərbaycanlılara inam daha da zəifləyib və sözün həqiqi mənasında represiyalar həyata keçirilir. Bildirilir ki, bu gün İranda bir milli azadlıq hərəkatı artıq formalaşmaqdadır və İran hər vəclə bunun qarşısını alır. Nəticədə son iki ildə minlərlə azərbaycanlı gənc həbs olunub, yüzlərlə düşüncəli şəxslər isə müxtəlif bəhanələrlə ya itkin salınıb ya da edam olunub. Və bu represiyalar hər addımda müşahidə olunur. Çox maraqlıdır ki, İranın bu aqressivliyi həm də Azərbaycanla bağlı münasibətlərinin gərginləşməsindən sonra artmağa başlayıb. Belə ki, İran rəsmiləri İranda yaşayan azərbaycanlılarla Azərbaycanı üz-üzə qoymaq üçün ciddi kompaniyaya başladı. Düzdür Təbriz və Ərdəbildən olan bəzi din adamları bu siyasətə razılıq verdilər. Amma toplum bunu qəbul etmədi və hər zaman Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər. Bu isə İran hakimiyyətini qane etmədi. Elə buna görə də mənəvi terror daha da gücləndi. Bundan başqa artıq bu gün bütün dünyada qəbul edir ki, Azərbaycan birləşməlidir. Hətta ABŞ konqresində ilk dəfə bildirildi ki, Cənubi və Şimali Azərbaycanın birləşməsi dəstəklənməlidir. Bütün bunlar isə sözsüz ki, İranı narahat edir və buna görə də bu cür hər fürsətdən istifadə olunur. Amma Azərbaycan hər zaman olduğu kimi bu dəfə də İranda yaşayan və zəlzələdən əziyyət çəkən azərbaycanlılara dəstək olundu. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım yola salıb.
25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki Müdafiə Qoşunlarının Bakıdakı bazasından İrana yola düşüb.
Mülkü Müdafiə Qoşunları Komandanının müavini, polkovnik Aslan Hüseynov deyib ki, yardım karvanında müxtəlif ərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron, zeytun və digər zəruri ərzaq məhsulları), həmçinin 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti yola salınıb.
A. Hüseynovun sözlərinə görə, yardım karvanının bu gün İranın zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən olan Əhərə çatdırılması planlaşdırılıb.
Bunu da qeyd edək ki, İranda zəlzələlərin bununla sona çatmadığı iddia olunur. Bu isə yeni fəlakətlərin olma ehtimalını artırır. Amma qəribədir ki, İran qabaqlayıcı təhlükəsizlik tədbirləri görməkdə o qədərdə maraqlı görünmür. Elə bu səbəbdən də Azərbaycanın görünür bundan sonra da İrana yardım göndərməsinə ehtiyac yaranacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16