Türkiyənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 36-cı qurultayı keçirilib. Qurultayda Kamal Kılıçdaroğlu yenidən sədr seçilib.

Unikal.org-un məlumatına görə, qurultayda iştirak edən nümayəndələrin 790-ı Kamal Kılıçdaroğluna səs verib.

K.Kılıçdaroğlunun əsas rəqibi Yalova millət vəkili Məhərrəm İncə isə 447 səs toplayıb.