Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində keçirilən əməliyyatın 16-ci günü ilə bağlı hesabatını açıqlayıb.

Unikal.org xəbər verir ki, hesabatda deyilir ki, Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində 35 terrorçunu sağ ələ keçirilib. Ümumilikdə öldürülən terrorçuların sayı 932 nəfərə çatıb.

Aviasiyanın zərbələri nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən 5 hədəfi məhv edilib.