Fevralın 4-də Suriyanın Afrin bölgəsində 2 türk əsgəri şəhid olub, daha 5-i yaralanıb.
Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
"Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.