Türkiyənin Suriya ilə sərhəddəki şəhərlərinin raket atəşlərinə tutulması nəticəsində 7 dinc sakin həlak olub.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə baş naziri Bineli Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatını keçirdiyi Afrinlə sərhəddəki Hatay və Kilis vilayətlərinin şəhərlərinin raket atəşlərinə məruz qalması nəticəsində həmçinin 113 nəfər yaralanıb.

Bineli Yıldırımın sözlərinə görə, Hatay vilayətinə 60 raket atılıb. Kilisə isə 34 raket düşüb. 

Son zamanlar Türkiyə ərazisinə Suriyadan raket və mina mərmiləri atılır. Qeyd edək ki, Türkiyə ordusu Afrində terrorçu PKK-nın Suriya qolu YPG və PYD-ə qarşı "Zeytun budağı" əməliyyatı keçirir.