Daxili İşlər Nazirliyi Xaçmazda törədilən qətllə bağlı məlumat yayıb.
Unikal.org-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində kənd sakini Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova xəsarət yetirib. Ə. Cəfərov hadisə yerində ölüb.
E. Hidayətov könüllü RPŞ-yə gələrək təslim olub.
Xaçmaz RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı "İJ-54 markalı tüfəng aşkarlanaraq götürülüb.
***
09.55
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.