Astara rayonunda qətl törətməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Astara sakini Vüsal Qasım oğlu Hüseynovu evində öldürən şəxsin 1985-ci il təvəllüdlü Məhəbbət Pərviz oğlu Bağırov olduğu məlum olub.
M. Bağırov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Məlumata görə, hər iki şəxs evdə birgə narkotik qəbul ediblər. Sonra isə aralarında yaranan mübahisə nəticəsində M. Bağırov V. Qasımovu küt alətlə başından vuraraq öldürüb, üzərində olan pulu götürərək hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Astaranın Kolatan kənd sakini Vüsal Qasım oğlu Hüseynov fevralın 2-də evində ölü tapılıb. Onun baş nahiyəsindən küt alətlə vurularaq öldürüldüyü bəlli olub.
40-45 yaşlarında olduğu bildirilən V.Hüseynov evdə tək yaşayırmış. Onun bir neçə gün əvvəl Rusiya Federasiyasından rayona qayıtdığı bildirilir.